Top.Mail.Ru
Hadisə

Abşeronda taxta tikilidə güclü yanğın olub

Abşeronda taxta tikilidə güclü yanğın olub

Fövqəladə Hallar Nazirliyindən (FHN) Abşeronda yerləşən taxta tikilidə baş verən yanğınla bağlı açıqlama verilib.

Saytların yığılması Saytların yığılması

KAİM.az Oxu.az-a istinadən xəbər verir ki, Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Bənzər yazılar