Hadisə
Axşam saatlarında DƏHŞƏTLİ XƏBƏR gəldi – ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KAİM.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb. Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir.
Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb.