Top.Mail.Ru
Hadisə

Bakıda yasda mərasim evi çökdü – Xəsarət alanlar var + FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.

FHN-dən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Saytların yığılması Saytların yığılması

Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Bakıda mərasim evinin tavanı çöküb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.

Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.

 

Bənzər yazılar