Top.Mail.Ru
Hadisə

Bakıda yollar buz bağladı: Sonu görünməyən tıxac – VİDEO

Yanvarın 14-də Bakıya yağan qar yolların buz bağlamasına səbəb olub.
Referans.az xəbər verir ki, bu üzdən hazırda paytaxtın bir çox yollarında tıxac var.

 

Saytların yığılması Saytların yığılması
Qarlı və buzlu hava şəraiti Bakının Yasamal rayonunda nəqliyyatın fəaliyyətini iflic edib. Hazırda yolun Əsəd Əhmədov küçəsində nəqliyyatın hərəkəti tam dayanıb, sonu görünməyən tıxac var.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtın digər küçə və prospektlərində də tıxac müşahidə olunur.

Sərnişin daşınma ilə məşğul olan 77 saylı avtobus şəraitlə əlaqədar olaraq fəaliyyət göstərmir.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar