Top.Mail.Ru
Hadisə

Gəncədə qorxunc hadisə: Benzin töküb 3 nəfəri YANDIRDI

Gəncədə 3 nəfər yanıq xəsarəti alıb.

Anons.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Saytların yığılması Saytların yığılması

İlkin məlumata görə, başqa bir şəxs içərisi benzinlə dolu plastik qabı yandıraraq onların üzərilərinə atıb. Nəticədə 3 nəfər yanıq xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törədən şəxsin kimliyi məlum olub: “Araşdırmalarla müəyyən edilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb. Hadisə nəticəsində M. Namazov, tanışları, 1993-cü il təvəllüdü E Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.

Bənzər yazılar