Top.Mail.Ru
Hadisə

İranda PARTLAYIŞLAR, Amerikadan Tehrana savaş ANONSU/VİDEO

İranın Simnan əyalətinin Gərmsar şəhərinin sənaye şəhərciyində güclü partlayış baş verib. “Mehr” agentliyi məlumat yayıb. Bölgəyə çoxlu sayda xilasetmə dəstələrinin göndərildiyi bildirilib. Partlayışın səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu, son bir həftə ərzində Simnanın əhəmiyyətli sənaye mərkəzlərində baş verən dördüncü partlayışdır. Bundan əvvəlki partlayışlarda 4 nəfər həyatını itirib.
Co Baydenin administrasiyası amerikalı əsgərlər arasında itkilər olacağı təqdirdə İranla genişmiqyaslı münaqişəni mümkün hesab edir.
“The New York Times” nəşrinin regiondakı vəziyyətlə bağlı yazısında belə deyilir. Yazıda qeyd olunur ki, İranın proksi qüvvələri hər an “qırmızı cizgi”ni keçə bilərlər. Bu isə İrana qarşı genişmiqyaslı hücumu qaçılmaz edəcək
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Ramil Məmmədli ilə İran hadisələrini, Kiyevdə olan jurnalist İdrak Camalbəyli ilə Ukrayna müharibəsini müzakirə edir.

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar