Top.Mail.Ru
Hadisə

Rusiyada dəhşətli təyyarə qəzası – 63 ölü (ANBAAN VİDEO) YENİLƏNDİ

Rusiya Müdafiə Nazirliyi baş verən qəza ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, İl-76 təyyarəsinin göyərtəsində əsir götürülən Ukrayna SQ-nin 65 hərbi qulluqçusu dəyişdirilmək üçün Belqorod vilayətinə aparılıb, 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.

Saytların yığılması Saytların yığılması

***

Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.

İlkin olaraq məlumatı Rusiyanın “Telegram” kanalları yayıblar.

Bir müddət sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiq edib.

“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Təfərrüat bir müddət sonra açıqlanacaq”, – deyə qubernator vurğulayıb.

İlkin məlumata görə, göyərtədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.

Bənzər yazılar