Top.Mail.Ru
Hadisə

Samuxda yanacaq daşıyan maşın aşdı, yanacaq yola dağıldı

Gəncə-Samux yolunun Samux rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan maşın aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə 40 tona yaxın yanacaq yola dağılıb.

Saytların yığılması Saytların yığılması

Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Bir müddətdən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.

Yük avtomobilin sürücüsü, Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü S.Qurbanov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar