Top.Mail.Ru
Hadisə

Sumqayıtı qatı TÜSTÜ bürüyüb: 7 hektar ərazidə güclü YANĞIN DAVAM EDİR

Sumqayıtı qatı TÜSTÜ bürüyüb

KAİM.az  Lent.az-a istinadla xəbər verir ki, Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

Saytların yığılması Saytların yığılması

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib.

Küləkli hava şəraiti yanğını daha da genişləndirib.

Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bənzər yazılar