Top.Mail.Ru
Hadisə

Tanınmış azərbaycanlı futbolçunun vəhşicəsinə döyüldüyü hadisənin ANBAAN VİDEOsu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailand “Buriram Yunayted”inin Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

Sportinfo.az xəbər verir ki, Çinin “Çjetsyan” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.

Saytların yığılması Saytların yığılması

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.

Buna onun rəqib komandanın üzvlərindən birinin boynundan tutaraq sıxması səbəb olub.

Görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Buriram Yunayted” bu məğlubiyyətin ardından 6 xalla qrup üçüncüsüdür.

Bənzər yazılar