Top.Mail.Ru
Hadisə

Tofiq Musayev və dostları Həsən Əzizovu 4 yaşlı uşağının gözü önündə döyüblər – FOTO

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinin yeni təfərrüatları məlum olub.

KAİM.az  xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı təşkil olunan şou mərasimi zamanı yaranıb.

Saytların yığılması Saytların yığılması

Belə ki, br qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu 4 yaşlı uşağının gözü önündə döyüblər, sonradan onu paltar dəyişmə otağına apararaq onun idman kariyerasını sonlandırmaq üçün onun şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələr gözləyir.

Bu əmələ görə cinayəti törədənlərdən 4 nəfər həbs edilib, 2 nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

***

Saat 14:22

Ötən gün Azərbaycanın tanınmış idmançılarının həbs edilməsi barədə xəbər vermişdik.

Xəbərdə bildirilir ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və R.Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslərin döydüyü idmançı Həsən Əzizovdur.

Həsən Əzizov

Qeyd edək ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və 4 nəfər həbs olunub.

2 nəfər – Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Saxlanılan idmançılar

Bənzər yazılar