Top.Mail.Ru
Hadisə

Türkiyə hava limanında polisi hərəkətə keçirən hadisə: Azyaşlının çantasından “silahlar” çıxdı – VİDEO

Türkiyənin Bursa şəhərinin Yenişehir rayonunda hava limanında yaşanan hadisə polisi əvvəlcə qorxudub, sonra güldürüb.

Nənə-babasını səfərə yola salmaq üçün Yenişehir Hava Limanına gələn 6 yaşlı Selim Köse adlı uşağın çantası yoxlama cihazından keçdiyi zaman xəbərdarlıq siqnalı işə düşüb. Çantanın içində silahların olduğunu görən polis sistemi dayandırıb və çantanı nəzarətə götürüb. Lakin çanta açılanda içindəki silahların oyuncaq olduğu üzə çıxıb.

Saytların yığılması Saytların yığılması

Polislər uzun müddət uşaqla birlikdə bu hadisəyə gülüblər. Silahlarını polisə göstərən kiçik Selim bir müddət onlarla oynadıqdan sonra nənə-babasını yola salmağa gedib.

Bənzər yazılar