Top.Mail.Ru
Hadisə

Zavodda partlayış baş verib – Yaralı işçilər reanimasiyadadır

Rusiya Federasiyasının Saratov vilayətində partlayış baş verib.

Sfera.az bildirir ki, Rusiya KİV-in məlumatına görə, üç zərərçəkənin vəziyyəti ağırdır. Yerli hakimiyyət orqanları partlayış ehtimalını təkzib edərək, bunun qəza olduğunu deyir.

Saytların yığılması Saytların yığılması

Qazın partladığı, tələfat olmadığı qeyd edilib.

Balakavo şəhər xəstəxanasının baş həkimi Nadejda Kryuçkova partlayış nəticəsində üç nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Onlar xəstəxanaya yerləşdirilənlər olub.

“Hər üçü də antişok müalicəsi keçir”.

Nadejda Kryuçkova qeyd edib ki, 24 saat ərzində zərərçəkənlər hava nəqliyyatı ilə rayon mərkəzinə çatdırılır. Hadisə yerinə 3 təcili yardım briqadası gedib. Xəstəxanaya yerləşdirilən xəstələrdə termik yanıqlar var.

İlkin məlumata görə, partlayış səhv yerdə siqaret çəkilməsi səbəbindən baş verib. Partlayıcı balonların yanında kiminsə siqaret çəkdiyi bildirilib.
Media yaralıların hamısının reanimasiyada ağır vəziyyətdə olduğuni yazır.
Zavodun mətbuat xidmətindən bildirilib ki, mütəxəssislər partlayışın səbəbini müəyyən edir.
“Quraşdırma işləri başa çatdıqdan sonra havapaylayıcı stansiyada avadanlığın sınaqdan keçirilməsi zamanı boru kəmərinə oksigen verilərkən alov çölə çıxan klapan daxilində yanğın baş verib” – deyə şirkətdən bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, zavodun üç işçisi xəsarət alıb. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Yerli hakimiyyət orqanları Balakovoda müəssisədə fəhlələrin xəsarət alması nəticəsində qəza baş verdiyini təsdiqləyib. Eyni zamanda partlayışla bağlı məlumatlar da təkzib edilib.
“İlkin məlumatlara görə, istehsalat işləri zamanı üç nəfər bədənlərində termiki yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər”– nəşrdə deyilir.
Qubernator Roman Busargin zərərçəkənlərə yardımın xüsusi nəzarət altında aparılması barədə göstəriş verib.

Xatırladaq ki, fevralın 19-da da günorta saatlarında Nijni Novqorodda da partlayış baş verib. Yerli müşahidə kameraları fit səsini qeydə alıb.

 

Xanım

Sfera.az

 

 

 

Bənzər yazılar