Top.Mail.Ru

KRİM - XRONİKA

Bakıda polis idarəsində intihara cəhdlə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB

Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslə bağlı məsələyə aydınlıq gətirib.

KAİM.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, sözügedən bölmədə özünə xəsarət yetirən şəxs narkotik vasitə aludəçisidir:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.

Loading...
Yazının davamı reklamdan sonra

08:45

Bakının Sabunçu rayonunda intihara cəhd olub.

KAİM.az xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button