Top.Mail.Ru

KRİM - XRONİKA

Bakıda dölü bağ evinə atan qadın ƏLƏ KEÇDİ – YENİLƏNİB

Bakıda dölü bağ evinə atan qadın saxlanılıb.

KAİM.az bildirir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Axtarış tədbirləri nəticəsində o saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

10:34

Bakının Buzovna qəsəbəsində döl tapılıb.

KAİM.az-ın məlumatına görə, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button