Top.Mail.Ru

KRİM - XRONİKA

Bakıda DƏHŞƏT: 31 yaşlı kişi körpüyə çıxıb özünü doğradı

Bakıda intihara cəhd hadisəsi şahidləri şoka salıb.

KAİM.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə baş verib.

Bakı şəhər sakini, 31 yaşlı Edqar Qarayev intihar etmək məqsədi ilə körpüyə çıxıb. Bu zaman ətrafda olanlar və polis əməkdaşları onu xilas etmək üçün hərəkətə keçiblər.

Loading...
Yazının davamı reklamdan sonra

Lakin E.Qarayev ona yaxınlaşanların geri çəkilməsi üçün ülgüclə bədənini doğramağa başlayıb. Buna baxmayaraq polis əməkdaşları çətinliklə də olsa, onu fikrindən daşındıra biliblər. Daha sonra E.Qarayev xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button