Top.Mail.Ru

KRİM - XRONİKA

Gömrükçülər avtomobildə xeyli sayda siqaret aşkar ediblər

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin  qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

KAİM.az xəbər verir ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “İveco” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin  üzərində daşınan iki ədəd ” Toyota Camry” markalı avtomobilin qapılarında gömrük nəzarətindən gizlədilən 10320 ədəd “Parliament” və 21480 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button