Top.Mail.Ru

KRİM - XRONİKA

Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb – VİDEO

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

KAİM.az bu barədə DGK-ya istinadən xəbər verir.

Belə ki, daxil olmuş əməliyyat məlumatına əsasən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Yoxlama otağına dəvət olunan vətəndaşlardan birinin üzərində şəxsi yoxlama zamanı sol ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml” və sağ ayağındakı corabın içindən 5 ədəd “Gemtu 1000 mg/10 ml”, həmçinin belindəki karsetin altından gizlədilmiş şəkildə “İrontu 100 mg/5 ml”, “Gemtu 1000 mg/10 ml” , “Docetu 80 mg/4 ml” markalı olmaqla, ümumilikdə 85 ədəd dərman preparatları aşkar edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan sonra onunla birgə daha iki şəxsin eyni üsulla, bellərində olan karsetin içərisində gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən “Gemtu 1000 mg/10 ml”, “İrontu 100 mg/5 ml” və “Docetu 80 mg/4 ml” markalı olmaqla 130 ədəd dərman preparatı aşkarlanıb. Ümumilikdə, nəfər şəxsin ölkə ərazisinə qanunsuz yolla gətirmək istədiyi dərman preparatlarının sayının 215 ədəd olduğu müəyyənləşib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button