Top.Mail.Ru

KRİM - XRONİKA

Samuxda narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb – FOTO

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elşən Əsədov saxlanılıb.

KAİM.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə olması müəyyən edilib.

Əraziyə baxış zamanı oradan ümumi çəkisi 10 kiloqramdan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button