Top.Mail.Ru

KRİM - XRONİKA

Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

KAİM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Şəmsi Umudov saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı quruması üçün kökündən çıxarılmış vəziyyətdə 30 ədəd çətənə bitkisi aşkarlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button