Top.Mail.Ru

KRİM - XRONİKA

Polis Zaqatalada əməliyyat keçirib, saxlanılan var – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

KAİM.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə keçirilən tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Davam etdirilən əməliyyat tədbirləri ilə M.Murtuzovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bənzər yazılar

Back to top button