Top.Mail.Ru

KRİM - XRONİKA

Bakıda Türkiyə vətəndaşının öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Bakıda Türkiyə vətəndaşının öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

KAİM.az xəbər verir ki, faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Hadisə avqustun 27-si saat 00:05 radələrində paytaxtın Səbail rayonu, Yeni Salyan yolunda qeydə alıb.

Loading...
Yazının davamı reklamdan sonra

Belə ki, 1993-cü il təvəllüdlü Quliyev Faiq Əjdər oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmin yolda üzü “Azneft” dairəsi istiqamətində hərəkətdə olan zaman piyadalar – Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Türksoyu Yusifi, 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızını və şəxsiyyəti məlum olmayan qadını vurub. Nəticədə Türksoyu Yusif hadisə yerində ölüb. Xəyalə Əhmədova və şəxsiyyəti məlum olmayan
qadın isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda istintaq aparılır.

Bənzər yazılar

Back to top button