Top.Mail.Ru

KRİM - XRONİKA

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən iki nəfər saxlanılıb

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən iki nəfər saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, oktyabr ayının 20-də saat 01:20-də DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini, 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunub.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir

Bənzər yazılar

Back to top button