Top.Mail.Ru
KRİM - XRONİKA

DİN əməkdaşları təcili ƏMƏLİYYATLARA BAŞLADI-Cinayətkarlar işbaşında YAXALANDI

KAİM.Az- a DİN Mətbuat Xidmətindən verilən məlumatlara görə,

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanmışdır.

***

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülmüşdür.

Faktlarla əlaqədar cinayət işləri başlanmışdır.

***

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ş.Əhmədovun yaşadığı Hacıqabul şəhərindəki evindən 8 kiloqram 452 qram marixuana aşkar edilərək götürülmüşdür.

***

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Əzimov Abşeron rayonu ərazisində saxlanılmışdır. İdarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı 3 kiloqramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

***

Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 248 qrama yaxın heroin, 198 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqram 500 qram heroin, 243 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, Yeni Suraxanı qəsəbəsi ərazisində yol kənarında gizlətdiyi 8 kiloqram heroin və 985 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

***

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət Babayevdən “Makarov” markalı tapança, patron darağı və 3 ədəd patron götürülmüşdür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button