DİN AÇIQLADI! Fevralın 8-də qeydə alınmış cinayət və hadisələr haqqında STATİSTİK MƏLUMAT

2021-ci il fevral ayının 8-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
KAİM.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır.
– Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.
– Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
– Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
– Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.