KRİM - XRONİKA
Bakıda FACİƏ: Kombayn işçinin başını kəsdi – RƏSMİ

Bakıda daş karxanasında kombayn işçinin başını kəsib.
KAİM.az xəbər verir ki, Qaradağ rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən – kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirov ölüb.
Müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.