Top.Mail.Ru
KRİM - XRONİKA

Polis bölməsinə məxsus xidməti avtomobili vurub qaçan cinayətkar SAXLANILDI

Mingəçevir Şəhər Polis Şöbəsinə aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən KAİM.aza verilən məlumata görə, keçirilmiş tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilmişdir.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərmiş, İmişli RPŞ Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobili vuraraq qaçmağa cəhd göstərmişdir.

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button