Top.Mail.Ru
KRİM - XRONİKA

İşğaldan azad edilmiş əraziyə keçmək istəyən şəxs polisi ABTOMOBİLLƏ VURDU

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərmişdir. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınmışdır.  

DİN Mətbuat Xidmətindən KAİM.aza verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılmışdır.

Qol nahiyəsindən yüngül xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Araşdırma aparılır.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button