Top.Mail.Ru
KRİM - XRONİKA

Azərbaycanda terror hazırlayan mütəşəkkil dəstə üzvlərinə HÖKM OXUNDU

Azərbaycanda terror hazırlamaqda ittiham olunan Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KAİM.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Ələddin İbişov 2 il 6 ay, Şəhriyar Cabbarov 2 il 6 ay, Əflatun Bayramov 7 il, Elgün İsmayılov 2 il 6 ay, Tehran Qasımov 5 il, Orxan Qurbanov 2 il 6 ay, Amin Həsənov 7 il, Cavid Əmənov 2 il 6 ay, Yusif İmanov 2 il 6 ay, Samir Qurbanov 8 il, Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 214.2.6-cı (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham elan edilib./demokrat.az/

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button