Top.Mail.Ru
KRİM - XRONİKA

Azərbaycanda 15 yaşlı qıza TƏCAVÜZ EDİLDİ – 38 yaşlı “kişi”dən HAMİLƏ QALDI

Füzuli rayonunda 15 yaşlı qızın zorlanmasında şübhəli bilinən şəxs həbs edilib.

KAİM.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin məlumat yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib:

“Hazırda faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə 15 yaşlı qızın zorlanaraq hamilə qalması barədə məlumatlar yayılıb.

Anası onun təcavüzə uğradığını deyib. Hadisə Beyləqanın kəndlərindən birində baş verib.

Yeniyetmənin anası iddia edib ki, qızına kənddəki qonşusu, 38 yaşlı kişi təcavüz edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button