Top.Mail.Ru
KRİM - XRONİKA

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar CƏZALANDIRILDI

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

KAİM.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatları satması aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button