Top.Mail.Ru
KRİM - XRONİKA

Avtomobillə azyaşlını öldürən azərbaycanlı müğənni SAXLANILDI – FOTO

Cəlilabadda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KAİM.az xəbər verir ki, hadisə Cəlilabad- Buravar yolunun Abşabad kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi ” VAZ 21 07″ markalı 90 EY 632 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən azyaşlı Nəzərov Nihad Ramil oğlunu vurub.
Yaralı Cəlilabad Diaqnostika mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sürücü Elvin Telman oğlu muğənnidir. O saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. //Qafqazinfo
Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı - FOTO

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button