Top.Mail.Ru
KRİM - XRONİKA

Şəkidə əməliyyat: Odlu və soyuq silahlar aşkar edilərək götürülüb

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayon sakinləri Abdullətif Bayramovun və Qorxmaz Teymurovun qanunsuz odlu və soyuq silahlar saxlamaları barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə KAİM.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Bayramovun evinin zirzəmisinə baxış zamanı oradan “Makarov” və “Naqan” markalı 2 tapança, 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd ov tüfəngi, 1 ədəd idman tapançası, 1 ədəd pnevmatik “TİR” tüfəngi, 22 ədəd patron, 1 ədəd patron darağı, 9 ədəd giliz, 5 ədəd bıçaq, qırma və piston aşkar edilərək götürülüb.

Q.Teymurovun yaşadığı evə baxış zamanı isə oradan 14 ədəd bıçaq və xəncər, habelə ona məxsus sexə baxış zamanı 55 ədəd bıçaq aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button