Top.Mail.Ru

KRİM - XRONİKA

SON DƏQİQƏ! Polis əməliyyat keçirdi: SAXLANILANLAR VAR

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

KAİM.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.

Onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Huseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Loading...
Yazının davamı reklamdan sonra

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button