Top.Mail.Ru
KRİM - XRONİKA

Azərbaycanda toyda qan düşdü: düz ürəyindən BIÇAQLAYIB

İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Kaim.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki,  rayon ərazisində təşkil olunana toy məclisində iştirak edən rayon sakini  Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu  qəsdən öldürüb.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq  davam edir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button