Top.Mail.Ru
KRİM - XRONİKA

Narkotiklə bağlı YENİ ƏMƏLİYYAT – 5 nəfər tutuldu

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Kaim.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə  keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button