Top.Mail.Ru

KRİM - XRONİKA

Bakının mərkəzində narkotacirlər saxlanıldı-FOTO

Bakının Nərimanov rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Kaim.az-a verilən məlumata görə. Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb. Əməliyyat zamanı Bakı şəhər sakinləri Niyaz Hüseynov və Mahir Hümbətov tutulublar. Niyaz Hüseynov üzərindən hazır bükümlər şəkildə satış üçün qablaşdırdığı və onlayn yolla əldə etdiyi 13 qrama yaxın heroin, 9 qram metamfetamin və 7 ədəd psixotrop tərkibli satışı qadağan edilən preqabalin həbi aşkar edilib. Mahir Hümbətovun üzərinə baxış keçirilən zaman ondan da psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Niyaz Hüseynov və Mahir Hümbətov tutularaq istintaqa cəlb olunublar.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button