Top.Mail.Ru

KRİM - XRONİKA

Daha bir rayonda

Beyləqan sakinindən narkotik maddə aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Kaim.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.
Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 7 büküm “patı” adlanan narkotik maddə – metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Mənbə
KAİM.az

Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button