Top.Mail.Ru

KRİM - XRONİKA

Azərbaycanda bacısının başını kəsən qardaşdan YENİ XƏBƏR

Avqustun 19-u saat 14 radələrində Bərdə rayonu, Uğurbəyli kənd sakini, 27 yaşlı Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan KAİM.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı 25 yaşlı Fəqan Cabbarov yaşadıqları kəndin yaxınlığındakı əkin sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nərminə Behbudovanın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Fəqan Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button