Top.Mail.Ru

KRİM - XRONİKA

Bakıda “PATI” satanlar ələ keçirildi – VİDEO

Bakının Yasamal rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən KAİM.az-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Camal Mahmudov, Hikmət Zeynalov, Kənan Qasımov və Vüqar Qurbanov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin (patı) və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər. Aşkar olunan narkotik vasitələrin hazır bükümlər formasında olması həmin maddələrin satış məqsədi ilə qablaşdırıldığını deməyə əsas verir.

Faktlarla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.az

Saxlanılan narkotik alverçisi
Saxlanılan narkotik alverçisi
Saxlanılan narkotik alverçisi

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button