KRİM - XRONİKA
Cəlilabadda “Niva” AŞDI, ölən və yaralananlar VAR

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KAİM.az xəbər verir ki, rayonun Babalı kəndi ərazisində hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü – həmin kəndin sakini olan Əzizov Xəqani Mehdi oğlu hadisə yerində ölüb.
Loading...
Yazının davamı reklamdan sonra
Avtomobildə olan sərnişinlər – İntiqam və Bəhruz Maqsudovlar xəsarət alıblar və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
KAİM.AZ