Top.Mail.Ru

KRİM - XRONİKA

Anasının tanışının öldürdüyü uşaqla bağlı YENİ XƏBƏR

Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.
Goranboy rayon Prokurorluğundan Kaim.az-a verilən məlumata görə, 11 yaşlı Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis Şöbəsində araşdırma aparılıb.
İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədovu anasının tanışı İkram Hüseynov (ad şərtidir) avqustun 13-ü döyüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Hazırda faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İkram Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam etdirilir.

Mənbə
KAİM.az

Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button