Top.Mail.Ru

KRİM - XRONİKA

Azərbaycanda dəhşətli qətl – Qadın həmkəndlisini güllələdi

Bərdə rayonunda qətl hadisəsi baş verib.
Anews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 10-da saat 11 radələrində Bərdə rayonunun Məmmədli kəndi ərazisində Qaratəpə kənd sakini Sevda Hacıyevanın ov tüfəngindən açılan atəşlə qətlə yetirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində kənd sakini N.Mehralıyeva tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button