Top.Mail.Ru
KRİM - XRONİKA

Azərbaycanda 16 yaşlı oğlandan DƏHŞƏTLİ ƏMƏL: 53 yaşlı kişini…

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Kaim.az-ın APA-ya istinadla xəbərinə görə, Göyçay şəhər sakini, 16 yaşlı Babazadə İsmayıl Müşviq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Göyçay şəhəri sakini, 53 yaşlı Əliyev Əli Əlibala oğlunu bıçaqlayıb.
Ürək, qara ciyər və çənə nahiyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev xəstəxanada ölüb.
Hadisəni törədən İsmayıl Babazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button