Top.Mail.Ru
KRİM - XRONİKA

Azərbaycanda daha bir ağır cinayətin üstü AÇILDI

Polis daha bir ağır cinayətin açılmasını təmin edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupunun baş
inspektoru, polis leytenantı Xəyal Talıbovun Kaim.az-a bildirdiyinə görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar
rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, avqustun 30-da isə həkimlərin səylərinə
baxmayaraq vəfat edib.
Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranmış münaqişə zəminində ona
çoxsaylı bədən xəsarətləri yetirmiş Ş.Mürsəliyev saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq aparılır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button