Top.Mail.Ru
KRİM - XRONİKA

Azərbaycanda QƏDDAR HADİSƏ: həmkəndlisini…

Yardımlıda qətl hadisəsi olub.
Rayon Prokurorluğundan Kaim.az-a verilən məlumata görə, sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 22 yaşlı Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 33 yaşlı Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button