Top.Mail.Ru

KRİM - XRONİKA

Yük və minik maşınları toqquşdu: ata öldü, oğlu ağır yaralandı

Ucarda ölümlə nəticələnən qəza baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunu Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi “TİR” toqquşub. Nəticədə sürücü M.Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Loading...
Yazının davamı reklamdan sonra

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button