Top.Mail.Ru

KRİM - XRONİKA

Gəncədə QULDURLUQ: əcnəbinin bütün pullarını əlindən aldılar

Gəncədə quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Kaim.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinə müraciət edən əcnəbi vətəndaş R.Mustafa sentyabrın 19-da saat 3 radələrində Gəncə şəhəri Hacıməlik qəsəbəsi ərazisində 3 nəfərin onu kəsici alətlə hədələyib 428 manat pulunu aldıqlarını bildirib.
Polis əməkdalarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Sadıqov, əvvəllər məhkum olunmuşlar – R.Tağıyev və K.Abbasov avtomobillə birgə Sumqayıt şəhəri ərazisində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button