Top.Mail.Ru
KRİM - XRONİKA

Keçmiş məhkum narkotik SATARKƏN TUTULDU

Lənkəranda keçmiş məhkum narkotik vasitə satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Kaim.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov narkotik vasitə satarkən saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 25 qram heroin, 6 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Qasımovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.  
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button