Top.Mail.Ru

KRİM - XRONİKA

Salyanda “patı” satanlar TUTULDU – FOTO

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Kaim.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Ərəbqardaşbəyli kənd sakini, 48 yaşlı Salman Süleymanov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.
S.Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqust ayının 21-də Arbatan kənd sakini P.Vəliyevə məxsus dəyəri 310 manat olan alüminium profilləri oğurladığı da müəyyən edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Fərid Əliyev və Lənkəran rayon sakini Mirhüseyn Ocaqov da rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunublar.

F.Əliyevin üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin, eləcə də heroin və marixuana, M.Ocaqovun idarə etdiyi nəqliyyat vasitəsindən isə marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Salyan rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button